fbpx
Xəbərlər

Avropa ölkəsi Azərbaycana üz tutdu

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bolqarıstan Rusiyanın təbii qaz üçün rubl ilə ödəmə şərtlərini qəbul etməyəcək”.

Metbuat.az xəbər verir ki, Bolqarıstanın Baş naziri Kiril Petkov belə açıqlama verib. O bildirib: “ Heç kimin müqaviləni təktərəfli dəyişdirmək hüququ yoxdur. Şərtləri qəbul etsək, Avropa ailəsində fikir ayrılığı yaradan ilk ölkə biz olacağıq. Biz Avropa ailəsində çatın səbəbi olmaq istəmirik”.

Hökumət başçısı bildirib ki, Bolqarıstanın 1 aylıq qaz ehtiyatı var. Baş nazir Azərbaycanın təbii qazına və Avropa Birliyinin dəstəyinə güvəndiklərini bildirib.

Qeyd edək ki, Prezident Vladimir Putin “dost olmayan” ölkələr üçün Rusiyadan idxal edilən təbii qazın ödənişinin rubl ilə edilməsi barədə tələb irəli sürüb. Buna qədər ödəniş dollar və avro ilə edilirdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu