fbpx

ARDNF inkişaf etmiş ölkələrdə investisiyalarını artırıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 30.09.2023 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan Metbuat.az-a verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 67% (ilin əvvəli ilə müqayisədə 3,1 faiz bəndi artım), inkişaf etməkdə olan ölkələr üzrə – 14,1% (2,3 faiz bəndi azalma), beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,9% təşkil edib (0,3 faiz bəndi artım). Sərmayələrin qalan 11%-i qızılın payına düşüb (1,1 faiz bəndi azalma).

Qeyd etmək lazımdır ki, 31.12.2022 tarixinə sadalanan göstəricilər müvafiq olaraq 63,9%, 16,4%, 7,6% və 12,1% səviyyəsində olublar.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 7 regionu daxildir. Bunların sırasına Şimali Amerika (36,9%), Cənubi Amerika (0,1%), Avropa (28,5%), Yaxın Şərq (0,3%), Afrika (0,1%), Avstraliya / Yeni Zelandiya (0,6%) və Asiya / Sakit Okean (14,6%)

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 55 521,27 mln. dollara çatıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #ARDNF #inkişaf #etmiş #ölkələrdə #investisiyalarını #artırıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu