fbpx

“Artıq qazla bağlı limiti keçənlər var, danışdığımız sanki divarlar üçündür”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz burada bir çox məsələ barədə danışırıq. Lakin bizim danışdığımız sanki divarlar üçündür”.

Metbuat.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmə dəyişməlidir:

“Bunu müzakirə etməliyik. Cərimə məsələsi Azərbaycanda artıq ciddi problemə çevrilib. Milli Məclis ölkədə ali qanunverici orqandır. Biz burada bir çox məsələ barədə danışırıq. Lakin bizim danışdığımız sanki divarlar üçündür. Bura göndərilən layihə ilə bağlı təklifi verən qurumlardan bizim danışdıqlarımıza reaksiya yoxdur. Cərimələr qaçılmazdır, amma cərimələri əhalinin maaş səviyyəsinə uyğunlaşdırmalıyıq. 300-400 manat maaş alan bir adam 400 manat cərimə verəndə necə dolana bilər? Cərimələr hər maaşa görə müəyyən edilməlidir. Hava ilə cərimə müəyyənləşdirmək olmaz. Cərimə məsələlərində çox diqqətli olmalıyıq”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu