fbpx
Xəbərlər

Arvadını öldürüb qayınanasını yaralayan şəxs KİMDİR?

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 8-də günorta saatlarında Sumqayıtda kişinin həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməsi, qayınanasını isə yaralaması hadisəsinin bəzi detalları məlum olub.

Metbuat.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, Qurd dərəsi yaşayış massivində 41 yaşlı həyat yoldaşı İlahə İsgəndərovanı 13 bıçaq zərbəsi ilə öldürən, qayınanası İ.Nağıyevaya isə xəsarətlər yetirən Tofiq Həsənov biznesmendir. Belə ki, o, Rusiyada fəaliyyət göstərib və ticarətlə məşğul olub.

İlkin məlumata görə, hadisə ailədə pula görə bir müddət əvvəl yaranmış münaqişəli vəziyyətə görə baş verib. Belə ki, T.Həsənov mənzildə saxladığı 180 min manat pulun müəmmalı şəkildə yoxa çıxdığını bildirib. O, həmin vaxt pullarının itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İş adamı külli miqdarda vəsaitinin həyat yoldaşı və qayınanası tərəfindən ələ keçirildiyini iddia edib.

Bundan sonra onların münasibəti daha da pisləşib və ayrı yaşamağa başlayıblar. İlahə İsgəndərova anası ilə birgə Qurd dərəsində yeni aldıqları evdə yaşamağa başlayıb.

Bildirilir ki, əvvəllər də məhkumluq həyatı yaşamış T.Həsənov mayın 8-də həyat yoldaşı və qayınanasının yaşadığı evdə olarkən pul mübahisəsinə görə növbəti dəfə münaqişə yaranıb. Bu zaman o, İ.İsgəndərovanı öldürüb, qayınanasına isə xəsarətlər yetirib.

T.Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu