fbpx

Astarada 4 min hektardan çox əkinə yararlı torpaq sahəsi suvarılır

BEY.AZ informasiya agentliyi xəbər verir


Suvarmanın düzgün aparılması kənd təsərrüfatı bitkilərinin inkişafında və məhsuldarlığın artmasında mühüm rola malikdir. Astarada suya tələbatı çox olan əkin sahələri çayçılıq, çəltikçilik, sitrusçuluq, bostan bitkiləri və yonca otlaq sahələridir ki, su ilə tamamilə təmin olunublar. Hazırda rayonda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından biri olan Astarada 4516 hektar suvarılan əkinə yararlı torpaq sahəsi var. Astara suvarma sistemləri idarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün öhdəsinə düşən işləri görməkdədir. İdarənin əsas fəaliyyətindən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanılmasıdır. İlin əvvəlindən selötürücü və suötürücü kanalların lildən və palçıqdan təmizlənmə işlərinə başlanılıb.

Astara rayonu ərazisində 4 su mənbəyindən istifadə olunur. Lovayın və Xanbulançay su anbarları, Astaraçay və Pensərçaydan əkin sahələrinə suyun ötürülməsi təmin edilir. Astarada yerləşən yeganə su anbarı Lovayının tutumu 6,3 milyon kubmetrdir. Bu su anbarının mənbəyi əsasən yağış sularıdır. Hazırda bir sıra əkin sahələrinin su ilə təminatı uğurla həyata keçirilir. Rayonda əsasən suya tələbatı çox olan çayçılıq, çəltikçilik, sitrusçuluq, yonca otlaq sahələri və bostan bitkiləridir. Bu əkin yerlərini su ilə təmin etmək üçün 253 min km-lik açıq kanalların üzərində 400-dən çox bənd qurulub. Qeyd edək ki, Astarada 250 hektar çəltik sahəsi var və bu sahələrin suvarılması artıq yekunlaşmaq üzrədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu