fbpx

ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 26-da Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Riberio şəhid jurnalistlərin yaxınları ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun qardaşları Əsgər İbrahimov, Şirzad Abışov, Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli görüş iştirakçılarını Teresa Riberioya təqdim edərək deyib: “Çox maraqlıdır ki, şəhid jurnalistlərin bu görüşdə iştirak edən yaxınları da məhz bu peşənin sahibləridir və onların şərəfli yolunu davam etdirirlər”.

“Dezinformasiyanın artması və onun media sahəsinə təsiri mövzusunda” ADA Universitetində keçirilən “dəyirmi masa” çərçivəsində baş tutan bu görüşdə Report İnformasiya Agentliyinin redaktoru Əsgər İbrahimov Azərbaycanda söz və mətbuat azadlığından, media sahəsində qəbul olunun yeni qanunun əhəmiyyətindən söz açıb.

O, bir neçə azərbaycanlı jurnalistin erməni terrorunun qurbanı olduğunu xatırladaraq bu faktların dünya ictimaiyyətində Ermənistanın terrorçu dövlət olduğunu, onların dinc sakinləri, o cümlədən qələm sahiblərini həmişə hədəf seçdiklərini bildirib.

Teresa Riberio bu görüşün onda maraqlı təəssürat yaratdığını bildirib, münaqişə və müharibələr zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin hər zaman təhlükə ilə üzləşdiklərini vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin