fbpx

Regionlarda bankomatların və Pos-terminalların sayı artıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 119 ədəd, POS-terminalların sayı isə 81 799 ədəd təşkil edib.

BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatların sayı 3% və ya 90 ədəd, POS-terminalların sayı isə 9.9% və ya 7 343 ədəd artıb.

Qeyd edək ki, bankomatların 1621 ədədi ( 52%-i) Bakıda, 1498 ədədi ( 48%-i) regionlarda yerləşir. Eyni zamanda POS-terminalların 55 362 ədədi ( 67.7%-i) Bakıda, 26 437 ədədi ( 32.3%-i) isə regionlarda yerləşir.

Hesabat dövründə, regionlarda yerləşən bankomatların sayı illik müqayisədə 6.8%, POS-termionalların sayı isə 8.1% artıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Regionlarda #bankomatların #və #Posterminalların #sayı #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu