fbpx

“Ermənistan buna əl atsa, tarixi torpaqlarımızı da işğaldan azad edəcəyik”

BEY.AZ informasiya agentliyi xəbər verir


“5 martda Xankəndi-Xəlfəli yolunda baş vermiş hadisə Ermənistanın sülhdən və əməkdaşlıqdan uzaq olduğunu göstərir. Ermənistan çalışır ki, gizli yollarla Qarabağdakı separatçıları silahlandırsın. Azərbaycanlı ekoaktivistlərin və ictimai fəalların Laçın-Xankəndi yolundakı aksiyaya davam etməsi Ermənistanın çox niyyətlərinin qarşısını alıb”.

Metbuat.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Dünən qanunsuz erməni birləşmələri ilə Ordumuz arasında baş verən atışmadan danışan deputat qeyd etdi ki, sözügedən ərazilər bizim ərazimizdir və Ordumuz erməni birləşmələrin qanunsuz əməllərinə göz yummayacaq:

“Artıq 3 aya yaxın vaxtdır ki, Ermənistan separatçılara silah-sursat göndərə bilmir. İndi də gizli yollara əl ataraq öz işlərini davam etdirməyə çalışırlar. Amma Ermənistan unudub ki, bu yolların keçdiyi və bu gün separatçıların məskunlaşaraq qaldığı ərazilər Azərbaycan torpaqlarıdır və göz bəbəyi kimi qorunur. Həm də, Xankəndiyə yüklərin daşınması və humanitar daşınmalar üçün yalnız Laçın-Xankəndi yolundan istifadəyə icazə verilir. Qalan gizli yollarda hərəkətə icazə yoxdur və belə hallar yenidən təkrar olunarsa, həmin qüvvələr dərhal məhv ediləcəkdir”.

Deputat qeyd edib ki, Azərbaycan söz sahibidir və yenidən öz ərazilərində separatçı meyllərin baş qaldırmasına heç vaxt imkan verməyəcəkdir:

“Təbii ki, bu gün ordumuzun döyüş qabiliyyəti həmişəkindən də yüksəkdir. Ermənistan əgər silahlı münaqişəyə yenidən əl atarsa, bu onların axırı demək olacaq və tarixi torpaqlarımızı da işğaldan azad edəcəyik. Ona görə də, Ermənistan yenidən Azərbaycanla müharibə etsə, nə ilə sonlanacağını qabaqcadan düşünməlidir. Ermənistan dərk etməlidir ki, onların yeganə çıxış yolu Azərbaycanın uzatdığı sülh əlinə sülh ilə cavab verməkdir. Əks halda, bir toplum olaraq məhv olunacaqlar”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #buna #əl #atsa #tarixi #torpaqlarımızı #işğaldan #azad #edəcəyik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu