fbpx

“Atam maşınla oğlumu vurandan sonra xərçəng oldu”

BEY.AZ informasiya agentliyi xəbər verir


Xərçəng xəstəliyindən vəfat edən Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz atasının xəstəliyindən danışıb.

Metbuat.az xəbər verir ki, “Səhər mərkəzi”ndə aktyor Cavidan Novruz deyib ki, atası onun oğlunu maşınla vurduğu zaman yaşadığı stresdən sonra xərçəng olub:

“Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə atamda peyda oldu. Bilmədik necə baş verdi. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, xəstəlik 2019-cu ildən başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. Uşaq sevinə-sevinə qapıdan çıxanda onu maşın vurdu. Hamımız hay-həşirlə çölə çıxdıq. Gördük ki, maşınla vuran atam. Bu da təsadüf idi, atam yasa gələndə oğlumu maşınla vurdu. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə, gözləri yerindən çıxırdı. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Onun stresi onu belə etdi. Atamı belə bir halda heç vaxt görməmişdim”.

Qeyd edək ki, mərhum Xalq artisti fevralın 21-də vəfat edib.








You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Atam #maşınla #oğlumu #vurandan #sonra #xərçəng #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu