fbpx
Xəbərlər

Atası Azərbaycanla bağlı Bayraktara nə vəsiyyət edib?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

Tərəflər arasında baş tutan görüşü Mətbuat.az-a şərh edən Türkiyənin ehtiyyatda olan generalı Yücel Karauz bildirdi ki, Selçuq Bayraktar Cənab Prezident Ali Baş Komandan İlham Əliyev ilə görüşü zamanı həm 44 günlük Vətən müharibəsindən sonra baş verən dəyişiklilər, həm alınacaq dərslər, həm də “Bayraktar TB3” “Akıncı” və “Kızıl Elma” PUA-larının istehsalı bağlı məsələləri müzakirə ediblər.

“Bildiyiniz kimi, “Bayraktar-TB-2” 44 günlük Vətən müharibəsində böyük işlər gördü. Hazırda “Bayraktar TB-3” hazırlanır. “Bayraktar-TB-3” pilotsuz uçuş aparatlarının kütləvi istehsalı 2023-cü ilin sonuna qədər başlayacaq. “Bayraktar-TB3”ün ilk uçuşu da eyni ildə həyata keçiriləcək. Onlar hava platformasına enə bilir. Türkiyənin inşa etdiyi Anadolu gəmisinin üzərindən bu modellər qalxıb enə biləcəkdir. “Akıncı” və “Kızıl Elma” PUA-larının istehsalı prosesi də davam edir. Selçuk Bayraktar və “Baykar Teknoloji” şirkətinin inkişafı Azərbaycanın müdafiə sənayesinə töhfə verəcəkdir”.

Yücel Karauz qeyd etdi ki, Azərbaycanda “Baykar Teknoloji”nin məhsullarının istehsalı hərbi sahədə xaricdən olan asılılığını azaltmaqla bərabər gələcəkdə bu məsələ istiqamətində perspektivləri də artıracaqdır.

“Səlcuk bəy atasının ona etdiyi vəsiyyəti nəsihət bilərək Azərbaycana əlindən gələn köməyi əsirgəməyəcəkdir. Selçuk Bayraktarın atası ona “Türkiyənin olan Azərbaycanın, Azərbaycanın sahib olduğu da Türkiyənindir” deyə vəsiyyət edib. Əgər Azərbaycandan söhbət gedirsə, pul-para, hər hansı bir qısıtlama edilməyəcəkdir. Hazırda Selçuk Bayraktar atasının vəsiyyətlərini layiqincə yerinə yetirir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Atası #Azərbaycanla #bağlı #Bayraktara #nə #vəsiyyət #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu