fbpx

Attestat və şəhadətnamələr elektron sistemə daxil edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Elm və Təhsil Nazirliyi ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestatların bir hissəsinin elektronlaşdırılmasını başa çatdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. Bildirilib ki, artıq vətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində sözügedən sənədlər barədə elektron arayışı asanlıqla əldə edə bilər.

Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.

Qeyd edilib ki, dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir. Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Attestat #və #şəhadətnamələr #elektron #sistemə #daxil #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu