fbpx

Audiovizual Şura İTV-yə xəbərdarlıq etdi

Rüya Yorumları burda


Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib.

Bu barədə BEY.AZ-a Audiovizual Şuradan məlumat verilib.

İclas “İTV” kanalında yayımlanan “Vətəndaş A” serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunub.

Müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.

Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib.



Rüya tabirlerini burdan oku






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu