fbpx

Sinan Oğan Azərbaycana qarşı iddialarla bağlı paylaşım etdi

BEY.AZ informasiya agentliyi xəbər verir



Türkiyənin keçmiş “ATA” ittifaqının prezidentliyə namizədi Sinan Oğan onun ünvanına əsassız fikirlər səsləndirən və Azərbaycan Prezidentinin ünvanına həqiqətə uyğun olmayan fikirlər ifadə edən Türkiyəli jurnalist Nagehan Alçıya cavab verib.

Metbuat.az xəbər verir ki, jurnalist Sinan Oğanın etnik kimliyi barədə əsassız fikirlər yazıb. Sinan Oğan ona cavab verib:

“Nagehan xanım, siz də hamı kimi mənim keçmişimlə bağlı qınamağa bir şey tapa bilməyəndə öz təxəyyülünüzü satmağa başladınız? Sizcə, biz bilmirik ki, sizin məqsədiniz Azərbaycan Prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etmək və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaqdır?! Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının acısı keçməyib!”

Qeyd edək ki, jurnalist Nagehan Alçı 2009-cu ildə Beynəlxalq Böhran Qrupunun əməkdaşı kimi erməni separatizmini dəstəkləmək məqsədi ilə Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edib. Bu səbəb görə, jurnalist Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Nagehan Alçı həmçinin Türkiyə mətbuatında Azərbaycanı lağa qoymağa cəhd göstərib. Onun adı sırf Türkiyə vətəndaşı olduğuna görə “qara siyahı”dan çıxarılıb.







Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sinan #Oğan #Azərbaycana #qarşı #iddialarla #bağlı #paylaşım #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu