fbpx

Audiovizual Şura Tolikin verilişinə görə “MTV”yə XƏBƏRDARLIQ ETDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Audiovizual Şura Tolikin verilişinə görə “MTV”yə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə Şuranın yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclasında qərar qəbul edilib.

Bildirilib ki, iclasda “MTV” televiziya redaksiyasının (kanalının) efirində 20 fevral 2023-cü il tarixdə saat 12:00–14:45 arası yayımlanan “Ümid ilə gəl” proqramında qeydə alınmış “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında “Nizaməddin müəllim… müəllim, dırnaq arasında müəllim də…Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz…kimdi dalında duran?” ifadələr səsləndirilib. Bundan başqa (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən “…kimdi e bunun daydayı… guya “uçastkovu” bilmir? Onda “uçastkovu”nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli…” ifadələri səsləndirilib.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura peyk yayımı həyata keçirən platforma yayımçısı “Muz TV Azərbaycan” MMC-yə (“MTV” televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Audiovizual #Şura #Tolikin #verilişinə #görə #MTVyə #XƏBƏRDARLIQ #ETDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu