fbpx

Avropa çempionatında yarışacaq Azərbaycanın məktəbli boksçuları MƏLUM OLDU

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 12-də Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürəcək.

Metbuat.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 10 gün davam edəcək yarışa Azərbaycan milli komandası da qatılacaq.

Yığmamız oğlanların mübarizəsində baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərliyi altında 16 boksçu ilə təmsil olunacaq. Avropa birinciliyində ölkəmizin idman şərəfini Hikmət Məmmədov (40 kq), Əli Baxışov (42 kq), Sübhan Babayev (44 kq), Bağır Əlimxanlı (46 kq), Turqay Rəhimli (48 kq), Raul Əsədullayev (50 kq), Azad Cavadzadə (52 kq), Ələkbər Əhmədov (54 kq), Rza Rzayev (57 kq), Kənan Aslanlı (60 kq), İsmayıl Vəliyev (63 kq), Nicat İmanov (66 kq), Əli Məmişov (70 kq), Ömər Quluzadə (75 kq), Əmir Abasov (80 kq) və Məhəmməd Cəfərov (90 kq) qoruyacaqlar.

Qız boksçuların yarışında isə baş məşqçi Yadigar Məmmədovla məşqçi İlkin Ağayevin rəhbərliyi altında Səma Mustafayeva (42 kq), Banuçiçək Nəsirli (44 kq), Yuliya Doroşenko (46 kq), Mələk Hümbətova (51 kq), Səma Hüseynova (54 kq) və Mədinə Məmmədova (60 kq) rinqə çıxacaqlar.

Yığma komandaya rəhbərliyi ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək. Birinciliyə Elxan Quliyev isə hakim kimi qatılacaq.

Qeyd edək ki, yarışın püşkü avqustun 11-də atılacaq. Bu gün səfərə yollanan milli avqustun 22-də Vətənə qayıdacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu