fbpx
Xəbərlər

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi yekunlaşdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Tvinninq layihəsinin yekununa dair konfrans keçirilib.

Metbuat.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, layihə Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyi, eləcə də İspaniya, İsveç və Almaniya Standartlaşdırma İnstitutlarının dəstəyi ilə reallaşdırılıb.

Layihə üzrə əsas benefisiar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutudur (AzStand). Konfransda çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Keyfiyyət sahəsində görülən işlərdən danışan Xidmət rəisi layihənin standartlaşdırma sahəsinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson və digərlərı çıxışlarında layihənin uğurlu icrasını qeyd ediblər.

Layihənin icrası ərzində 25-dən çox beynəlxalq ekspert tərəfindən keçirilən seminarda 200-ə yaxın yerli mütəxəssis iştirak edib. Layihənin əsas məqsədi Azərbaycanda standartlaşdırma sisteminin təkmilləşdirilməsi, Azərbaycan Standartlaşdırma İnstitutunun hüquqi, maliyyə mexanizmlərinin və rəqəmsal transformasiyasının gücləndirilməsidir.

Konfransda milli standartlaşdırma strategiyası, standartlaşdırma üzrə institusional yol xəritəsi, texniki tənzimləmə və bazara nəzarət mexanizmləri, texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlər üzrə əldə edilmiş nəticələrin yekunu, gələcək fəaliyyət istiqamətləri barədə çıxışlar edilib və təqdimatlar keçirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu