fbpx

“Avroviziya-2022”də Azərbaycanı kim təmsil edəcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı Azərbaycanı İtaliyanın Turin şəhərində “Səs Azərbaycan” müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Bu barədə Metbuat.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib:

“Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışırıq. Özümüzə sadiq qalaraq, mahnı seçimində bu il də ilk növbədə onun ifaçının səsi və ifa tərzi ilə nə dərəcədə uzlaşacağına önəm verəcəyik. Seçim prosesi mart ayının 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq”.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.

Nadir Rüstəmli: Azərbaycanlı müğənni — VikipediyaAzərbaycanca Wiki 2022 -  Tiengtrung.cn




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu