fbpx
Xəbərlər

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Maşının qəzaya düşdüyünü necə öyrənmək olar?

BEY.AZ informasiya agentliyi xəbər verir


Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzaya düşüb-düşməməsidir. Bəzi hallarda bunu öyrənmək üçün vətəndaşlar kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Amma bunun daha asan yolu var. Nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar.

Metbuat.az xəbər verir ki, alqı-satqı zamanı hansısa avtomobilin qəzaya düşüb-düşmədiyini ilk baxışdan müəyyən etmək mümkün deyil. Çünki qəza nəticəsində əzilmiş, deformasiyaya uğramış avtomobili təmir etməklə onun görünüşünü qüsursuz etmək olar. Satıcılar əksər hallarda nəqliyyat vasitəsinin vurulduğunu gizlətməyə çalışırlar. Çünki maşının vurulduğunu bilən şəxs onu almaq fikrindən daşına bilər.

“Xəzər Xəbər”ə danışan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, İcbari Sığorta Bürosunun informasiya sistemindən istifadə etməklə nəqliyyat vasitəsinin qəzaya düşdüyünü öyrənmək olar:

“Qəza keçirən nəqliyyat vasitəsi ilə bağlı məlumatlar sığorta şirkətləri tərəfindən sistemə daxil edilir”.

Hazırda istənilən icbari sığortalı şəxs qurumun internet səhifəsinə daxil olaraq öz sığorta tarixçəsinə və hazırda qüvvədə olan müqavilələrinə baxa bilər. Yəni avtomobili almaq istəyən şəxs özü birbaşa bu məlumatı görə bilmir. O, yalnız satıcı ilə birlikdə sistemə daxil olaraq avtomobilin qəza tarixçəsi ilə tanış ola bilər. Sadəcə maşını satan şəxsdən bunu tələb etmək lazımdır.

Qeyd edək ki, sistemdə yalnız avtomobilini satan şəxsə məxsus olduğu zaman ərzində baş verən hadisələri görmək mümkündür.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu