fbpx

Avtomobildən 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, rayonun Çayarxı kəndində yerləşən avtomobil təmiri sexindəki iki yük avtomobilindən ümumi dəyəri 15 000 manat olan mühərrik hissələrinin, eləcə də şirkətlərin birindən 10 000 manatlıq elektrik avadanlıqları və metal hissələrin oğurlanması barədə polisə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslərin şəhər sakinləri-əvvəllər də oğurluğa görə məhkum edilmiş Elşən Həsənov, Emin Eminov və bir nəfər yeniyetmə olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməllərini etiraf ediblər.

İlkin araşdırma zamanı E.Həsənovun bir neçə dəfə həmin obyektlərdən oğurluq etdiyi, sonuncu dəfə isə saxlanılan digər iki nəfərin də onunla əlbir olduğu məlum olub. Saxlanılanlar oğurladıqlarını metal qəbulu məntəqələrinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu