fbpx

​Avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb.

Daxili
İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən xəbərə görə hadisələr
təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.

Paytaxtın Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub. Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları,saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu