fbpx
Xəbərlər

Ay görünübmü? – Rəsədxanadan AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Ramazan bayramının bu gün qeyd olunması ilə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. Hətta guya rəsədxanadan Ayın görünməməsi ilə bağlı məlumatın yayıldığı da iddia edilir.

Metbuat.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqə saxlayıb.

Rəsədxanadan bildirilib ki, Ayın görünməməsi ilə bağlı yayılan xəbər həqiqətləri əks etdirmir:

“Dünən Ay astronomik kalendara görə 3 faiz olmalı imiş. Həmin vaxt Şamaxıda hava yağışlı və buludlu olduğu üçün ay rəsədxanadan aydın şəkildə görünməyib. Çünki bulud olan zaman Ayı görmək olmur. Lakin başqa rayonlardan Ay açıq şəkildə görünüb.

Ay axı bir tək rəsədxanadan görünmür. Azərbaycanın istənilən dağlıq yerlərindən şəffaf havada görünə bilər. Bir sözlə, aprelin 21-i bayramın qeyd edilməsi doğru addımdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#görünübmü #Rəsədxanadan #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu