fbpx
Xəbərlər

“Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi. Futbolçu özü “Sabah”a keçmək istəyirdi”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Rusiyanın “Ximki” klubundan transfer olunan 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan vətəndaşlığı almaq perspektivinə də toxunub: “Fikrimcə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda legioner limiti ilə bağlı vacibdir. Məsələnin hazırda hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, futbolçu ən yaxşı formasını bərpa edəcək və Azərbaycan millisini gücləndirə biləcək”.

Qeyd edək ki, “Sabah” klubu Ayaz Quliyevlə 3 illik müqavilə bağlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ayaz #Quliyevlə #danışıqlar #kifayət #qədər #asan #keçdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu