fbpx

Ayxan Hacızadədən Xaçaturyanla bağlı Ermənistan XİN-ə cavab

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviterdə yazıb.

Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq, Hacızadəa qeyd edib ki, haqqında sözügedən 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.

Hacızadənin sözlərinə görə, istintaq müəyyən edib ki, Xaçaturyan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır.

Qeyd edək ki, Vaqif Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ayxan #Hacızadədən #Xaçaturyanla #bağlı #Ermənistan #XİNə #cavab

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu