fbpx
Xəbərlər

Azərbaycan deputatları Anqolaya gedirlər

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Milli Məclisin deputatları Elnur Allahverdiyev, Kamran Bayramov və Sevil Mikayılova Parlamentlərarası İttifaqın 147-ci Assambleyasının işində iştirak etmək üçün oktyabrın 22-də Anqolanın Luanda şəhərinə səfər edəcəklər.

Bu barədə BEY.AZ-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlarımız Assambleyanın “Sülhün, ədalətin və güclü təsisatların dəstəklənməsi istiqamətində parlamentlərin fəaliyyəti” mövzusunda ümumi müzakirələrə qatılacaqlar, qurumun daimi komitələrinin iclaslarında müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

147-ci Assambleya çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təşkilatın institusional inkişaf prosesinə, beynəlxalq fəaliyyətinə və əməkdaşlıq perspektivlərinə həsr olunmuş iclası keçiriləcək.

Səfər oktyabrın 28-də başa çatacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #deputatları #Anqolaya #gedirlər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu