fbpx

Azərbaycan elektrik enerjisinin ixracını artırıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin ixracı 1 841,8 mln. kVt-saat saat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

Bu barədə BEY.AZ Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan 1,8 mlrd. kVt-sat elektrik enerjisi ixrac edib.

Nazirliyin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 179,6 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da illik müqayisədə 71,2% çoxdur.

Belə ki, ötən ilin 9 ayında elektrik enerjisinin idxalı 104,9 mln. kVt-saat təşkil edib.

Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 mln. kVt-saat, yəni 0,13 % artaraq 21 538,6 mln. kVt-saat olub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #elektrik #enerjisinin #ixracını #artırıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu