fbpx

Azərbaycan FHN İrana yardıma hazırdır


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti aparan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.

BEY.AZ xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin