fbpx

Xalq artisti icra hakimiyyətini tənqid etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Faiq Ağayev Lənkəranda istirahət mərkəzlərindən birində üzgüçülük üzrə olimpiya çempionu Maykl Felpsin fikirləri əks olunan reklam lövhəsindəki səhvə diqqət çəkib.

Metbuat.az-a Lənkəran Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu banner ötən ilə məxsusdur:

“Bəzi mətbuat orqanlarında və eləcə də sosial şəbəkə profillərində Azərbaycanın xalq artisti Faiq Ağayevin sosial media hesabından Lənkəran Şəhər İcra Hakimiyyətini tənqid etməsi ilə bağlı məlumatlar yer alıb. Qeyd edirik ki, xalq artistinin paylaşımında Lənkəran ŞİH konkret ünvan olaraq tənqid olunmayıb. Bundan əlavə, bildiririk ki, sözügedən banerlər ötən mövsüm sahibkarlar tərəfindən dəniz kənarındakı istirahət yerində quraşdırılıb, hazırda belə banerlər mövcud deyil. Fiziki və hüquqi şəxslərin reklamla bağlı bütün məsələləri Dövlət Reklam Agentliyi tərəfindən tənzimlənir. Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, məlumat paylaşarkən öncəliklə onun dəqiqliyindən əmin olsunlar və ictimaiyyət arasında çaşqınlıq yaratmasınlar. Lənkəran ŞİH hər zaman mediaya açıqdır və bütün məsələlərin dəqiqləşdirilməsi üçün qarşılıqlı əməkdaşlıqda maraqlıdır”, – deyə məlumatda qeyd olunub.

16:20

Xalq artisti Faiq Ağayev Lənkəran Rayon İcra Hakimiyyətini tənqid edib.

Metbuat.az xəbər verir ki, tanınmış müğənni Lənkəranda istirahət mərkəzlərindən birində üzgüçülük üzrə olimpiya çempionu Maykl Felpsin fikirləri əks olunan reklam lövhəsindəki səhvə diqqət çəkib. O bu barədə feysbuk hesabında paylaşım edib:

“Deyək ki, bu banner çapa səhvlə göndərilib. Bəs, çap edən şirkətdə korrektor və ya hazır məhsulu qəbul edən qurumda savadlı bir kəs tapılmadı, Lənkəran Rayon İcra Hakimiyyəti?..” – paylaşımda deyilir.

Bir 1 nəfər və mətn şəkili ola bilər




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu