fbpx

Azərbaycan futbolunda qalmaqal: Hakim meydandan qaçdı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

BEY.AZ sportinfo.az-a istinadən xəbər verir ki, hadisə II Liqanın «Göygöl» – «Şəki Siti» qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları «fit sahibləri»nə təzyiq göstərib.

Döyüləcəklərindən qorxan «ədalət təmsilçiləri» final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #futbolunda #qalmaqal #Hakim #meydandan #qaçdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu