fbpx

Azərbaycan şahmatçısı dünya çempionu oldu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionatının qalibi olub.

O, 11 oyunda 9,5 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.

Qız şahmatçıların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, iki gün öncə rapid üzrə dünya çempionatında Gövhər Beydullayeva birinci yeri tutub. Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal qazanıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #şahmatçısı #dünya #çempionu #oldu

Bir Cevap Yazın

Başa dön tuşu