fbpx

“Azərbaycan və Türkiyənin çox böyük planları var”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir”.

BEY.AZ “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, bütün sahələrdə böyük layihələr həyata keçirilir: “Böyük planlarımız var. Ticarət həcmində investisiyalar hər il artır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi neft və təbii qaz layihələri uğurla davam edir”.

C.Bayramov, həmçinin Türkiyə ilə Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətindən danışıb: “Ölkələrimizin də iştirak etdiyi üçtərəfli və dördtərəfli platformalar var. Əməkdaşlığımız sadəcə bizi deyil, daha geniş coğrafiyanı əhatə edir. Qarşılıqlı dəstəyimiz bir-birimizin gücünə güc qatır, dövlətlərimizin və xalqlarımızın rifahını təmin edir”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #və #Türkiyənin #çox #böyük #planları #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu