fbpx
Xəbərlər

Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR


Ermənistan Qazaxın da kəndlərini işğal edib. Həmin kəndlərin yeddi mindən yuxarı əhalisi təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli olublar. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb və hələ də məcburi köçkün həyatı yaşayırlar.

BEY.AZ-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Bağanis Ayrım kəndinin sakini bildirib ki, kənd İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Əli silahlı ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Bağanis Ayrım kəndinə soxuldular. Martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olundu.

Xeyrimli kənd sakini isə qeyd edib ki, 1990-cı ilin martından 1992-ci ilin martına qədər kiçikmiqyaslı atışmalar olsa da, işğal hadisəsi baş vermədi. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli erməni işğalçıları tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldular.

Qızıl Hacılı və Aşağı Əskipara kəndlərinin hazırda məcburi köçkün həyatı yaşayan sakinləri də bu gün ən çox sevinən insanlardandır. Onlar səbirsizliklə öz dədə-baba yurdlarına qayıdacaqları günü gözləyirlər.

Ətraflı süjetdə:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu