fbpx

Azərbaycanda bu hallarda təyyarələrin uçuşuna icazə ləğv ediləcək

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Hava əlaqələrinin yerinə yetirilməsi üçün verilən icazələrin ləğv edilməsi halları müəyyənləşir.

BEY.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanun layihəsində əks olunub.

Qanuna əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) hava əlaqələrini həyata keçirmək üçün verilən icazələr aşağıdakı hallarda ləğv edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarılır:

– icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

– icazənin müddəti bitdikdə;

– icazənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;

– icazənin sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

– məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;

– icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

– icazənin müəyyən edilmiş şərtləri onun sahibi tərəfindən pozulduqda və ya yerinə yetirilmədikdə;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş yoxlamalarının nəticələrindən asılı olaraq müəyyən etdiyi müddətdə aşkar olunmuş nöqsanlar aradan qaldırılmadıqda;

– istismarçı sertifikatının müddəti bitdikdə.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #hallarda #təyyarələrin #uçuşuna #icazə #ləğv #ediləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu