Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8 % artaraq 614,5 milyon manat olub.
BEY.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 7,1 % artaraq 311,4 milyon manat olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.