fbpx

Azərbaycanın şahmat komandası dünya çempionatında mübarizəyə başlayır

BEY.AZ informasiya agentliyi xəbər verir


Noyabrın 20-də İsrailin Qüds şəhərində şahmatın rapid növü üzrə komandalar arasında dünya çempionatı start götürür.

Metbuat.az xəbər verir ki, yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli təmsil edirlər.

Turnirdə ümumilikdə 12 komanda mübarizə aparır. Yığmalar hərəsində altı komanda olmaqla iki qrupa bölünüb. Azərbaycan Hindistan, İsrail, Polşa, ABŞ, Özbəkistanın yer aldığı “B” qrupunda mübarizə aparacaq. “A” qrupunda isə Çin, Fransa, Niderland, CAR, İspaniya, Ukrayna komandaları yer alıblar. Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Bu gün ilk turda Azərbaycan komandası Özbəkistan millisinə qarşı mübarizə aparacaq.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan yığması 3 dəfə Avropa çempionu olsa da (2009, 2013, 2017), indiyədək dünya çempionatında medal qazana bilməyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu