fbpx

Ssenarisi robot tərəfindən yazılmış ilk filmin çəkilişi olacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Yapon süni intellektli robotu tərəfindən yazılmış ilk film bu il böyük qısametrajlı film festivalında nə edə biləcəyini nümayiş etdirməyi hədəfləyir.

Metbuat.az “Kyodo News” nəşrinə istinadən xəbər verir ki, “Furukoto” adlanan robot tərəfindən yazılmış və Yuko Vatanabenin rejissoru olduğu 26 dəqiqəlik “Boy Sprouted” qısametrajlı film regionun ən böyük film festivallarından biri olan “Short Shorts” Film Festivalında bu il iştirak edəcək.

Qeyd olunur ki, hekayə bir oğlan və onun pomidorları sevməməsindən bəhs edir. Hekayədə oğlanın anası ona pomidor yedirmək üçün çox səy göstərir, lakin o, oğlunun kürəyində cücərən bir bitki olduğundan xəbərsizdir. Bu hekayəni “Furukoto” özü düşünüb və yazıb.

Rejissor Vatanabe: “Ssenarinin keyfiyyəti insan tərəfindən yazılmış hekayələrlə təxminən eyni səviyyədə idi. Əgər bilməsəydim, onun insan tərəfindən yazıldığını düşünərdim” deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu