fbpx

Azərbaycanın bank sektorunun aktivləri 4 % artıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 530,5 milyon manat təşkil edib.

BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 4,3 % çoxdur.

Bankların aktivlərinin 20 milyard 987,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 16,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,2 %-dən 46,1 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 3,3 % artaraq 39 milyard 539,1 milyon manata, o cümlədən depozit portfeli 2,6 % artaraq 32 milyard 174,2 milyon manata çatıb. Bunun 12 milyard 418,4 milyon manatı fiziki, 19 milyard 755,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13 % çox, şirkətlərin banklardakı vəsaitləri isə 3,1 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,5 dəfə azalaraq 107,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 12,1 % artaraq 5 milyard 991,4 milyon manat təşkil edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanın #bank #sektorunun #aktivləri #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu