fbpx
Xəbərlər

Azərbaycanın bu bölgələrinə dolu düşüb


Aprelin 23-ü saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən BEY.AZ-a verilən məlumata görə, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu