fbpx

Azərbaycanın çay idxalı ixracını 19 dəfə üstələyib

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 10.3% azalaraq 9 710 ton , dəyər baxımından isə 8.3% azalaraq 50 milyon 820 min dollar təşkil edib.

BEY.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 3 dəfə azalaraq 505.8 ton, dəyər baxımından isə 2.1 dəfə azalaraq 4 milyon 604 min dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 9 milyon 656 min dollar dəyərində 1560 ton çay ixrac, 55 milyon 409 min dollar dəyərində isə 10 827 ton çay idxal edib.

Əlavə edək ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,40%-ni təşkil edib. İdxal ixracı 19.2 dəfə üstələyib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanın #çay #idxalı #ixracını #dəfə #üstələyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu