fbpx
Xəbərlər

Azərbaycanın həndbol komandaları cavab oyununa çıxacaqlar

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda növbəti oyununu keçirəcək.

BEY.AZ “Report”a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın “Sesvete” klubu ilə üz-üzə gələcək.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Bir həftə əvvəl Xorvatiyada gerçəkləşən ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlib.

Bundan əlavə, ölkənin bu turnirdəki digər təmsilçisi “Azeryol” da cavab oyununa çıxacaq. Komanda İtaliyada yerli “Brixen” kollektivi ilə qarşılaşacaq. Bu duel Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Ötən gün reallaşan ilk matçda italyanlar 43:22 hesabı ilə qalib gəliblər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanın #həndbol #komandaları #cavab #oyununa #çıxacaqlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu