Azərbaycanın neftinin qiyməti 78 dollardan aşağı düşdü
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycanın neftinin qiyməti cüzi azalıb.
BEY.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.43% və ya 0.34 ABŞ dolları azalaraq 77.86 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün “Azeri Light” 78.20 dollara ticarət edilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |