fbpx

Manaf Ağayevin üzr videosunun yayılmaması ilə bağlı DİN-dən AÇIQLAMA: “Xahiş etdi ki…”

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər Manaf Ağayevin video görüntülərinin çəkilməsi və yayılmaması ilə bağlı məsələ gündəmi zəbt edib.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev BAKU.TV-də yayımlanan “Üzbəüz” verilişinin növbəti buraxılışında məsələyə aydınlıq gətirib.

“Manaf Ağayev bildirdi ki, mənim hansısa formada bu əməlimdən peşmanam. Bunu məhkəmədə də bildirdi. Video görüntülərinin çəkilməsində və sosial şəbəkələrdə yayılmasında maraqlı olmadı. Dedi ki, mənim səhvimi artıq bütün cəmiyyət görüb.

Xahiş etdi ki, əlavə video görüntüləri çəkilməsin. Ailə üzvləri də bildirdi ki, buna zəruriyyət yoxdur. Biz də Azərbaycan Respublikası vətəndaşı kimi Manaf Ağayevi hansısa formada məcbur edə bilmərik. Çünki bu məcburiyyət nə bizə lazımdır, nə də cəmiyyətə. Bununla bağlı hansısa qınanma ola bilər”, – deyə qurum rəsmisi bildirib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu