Azərbaycanın tarixi-mədəni irsi COP29-da təbliğ olunur
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin qlobal miqyasda ətraf mühit məsələlərinə verdiyi əhəmiyyətin göstəricisidir.
BEY.AZ xəbər verir ki, bu mötəbər tədbir eyni zamanda Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsinin təbliği baxımından əlamətdardır.
Paytaxtımızın ən böyük kütləvi tədbir məkanı olan Bakı Stadionunda gerçəkləşən və noyabrın 22-dək davam edəcək sessiya çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə mədəni tədbir və təqdimatlar keçirilir.
Tədbirin gerçəkləşdiyi məkanlarda əsrlərlə yaşı olan unikal xalça və digər toxuculuq nümunələrimiz, təsviri və dekorativ sənət örnəkləri, milli geyimlər və sənətkarlıq məmulatları nümayiş olunur. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri tərəfindən yaradılmış və ölkəmizin əsrarəngiz təbiətini, zəngin florasını, faunasını əks etdirən əl işləri xüsusilə maraq doğurur.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |