fbpx

NATO-da Türkiyədəki zəlzələyə görə bayraqlar yarıya endirildi

BEY.AZ informasiya agentliyi xəbər verir


NATO-da Türkiyədəki zəlzələyə görə bütün bayraqlar yarıya endirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Alyansdakı nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, bu, baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqı və hakimiyyəti ilə həmrəylik əlamətidir.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#NATOda #Türkiyədəki #zəlzələyə #görə #bayraqlar #yarıya #endirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu