fbpx
Xəbərlər

Bu addım Ermənistanı yuxudan oyada bilər


“Paşinyanın qondarma “erməni soyqırımı” iddiası ilə bağlı Ermənistanı qarışdıran yanaşması Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması istəyindən qaynaqlanır”.

BEY.AZ xəvər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, Paşinyan anlayır ki, coğrafi reallıqlar fonunda Ermənistanın perspektivi bundan asılı olacaq.

“Bunun üçün Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarından imtina etməlidirlər. Ankara və İrəvan danışıqlarında bu məsələ əsas müzakirə mövzularındandır. İstisna deyil ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın maraqlarının nəzərə alınması ilə yanaşı, iki məsələdə də israr edir.

Birincisi, mövcud konstitusiyanın dəyişdirilməsi: artıq bu məsələdə Ermənistan hakimiyyəti tərəfindən gündəmə gətirilib.İkincisi,qondarma “soyqırımı” iddialarına aydınlıq gətirmək və məsələni bağlamaq üçün arxivlərin açılması ilə bağlıdır.

Ankaranın illərdir arxivlərin açılması ilə bağlı istəyi İrəvan tərəfindən qəbul edilməyib. Paşinyan hakimiyyəti bunu Türkiyənin istəyi ilə edərsə, təkcə erməni ictimai rəyində və diasporunda yox, “soyqırımı” məsələsindən Ankaraya qarşı istifadə edən ölkələrdə də narazılıq yaranacaq”.

Siyasi şərhçi qeyd edib ki, Paşinyan buna nail olarsa erməniləri uydurma tarixdən xilas edə və yuxudan ayılda bilər:

“Lakin nail olacağı sual altındadır, çünki erməni ideologiyası və bu ideologiya ətrafında formalaşan diaspor belə iddialardan qidalanır. Buna görə Paşinyan ciddi təzyiqlərə məruz qalacaq”.

BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu