fbpx

Ukrayna tərəfi Duqinin qızının öldürülməsi ilə bağlı AÇIQLAMA YAYDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna rusiyalı ideoloq, Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinin öldürülməsi ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Kiyevin Daria Duqinin öldürülməsi ilə bağlı əlaqəsi yoxdur:

“Ukraynanın qəti şəkildə heç bir əlaqəsi yoxdur. Biz Rusiya kimi dövlət deyilik. Biz terrorçu dövlət deyilik” – Podolyak deyib.

Qeyd edək ki, Aleksandr Duqinin qızı Daria Duqinin olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində partlayıb.

Bildirilir ki, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.

Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən “Ənənə” ailə festivalından qayıdırmışlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu