fbpx

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazandılar

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın yeniyetmə boksçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Metbuat.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığma 1 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib.

4 ölkənin (Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan) ümumilikdə 155 idmançısının qatıldığı yarışda Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) ikinci, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) üçüncü yeri tutublar. Komandaya məşqçilər Ayaz Baxşıyev və Zaur Məmmədov rəhbərlik ediblər.

Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, Azərbaycan boksçuları Bakıya bu gün qayıdacaqlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #boksçuları #beynəlxalq #turnirdə #medal #qazandılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu