Azərbaycan bu il 5 milyon manatlıq sığorta xidməti ixrac edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin yanvar-iyun aylarında “Yaşıl Kart” Sistemi çərçivəsində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9 min sığorta müqaviləsi rəsmiləşdirilib və 5 milyon manata yaxın sığorta haqqı toplanıb.
Metbuat.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.
Bildirilir ki, sığorta müqavilələrinin təqribən 7 min ədədi Qazaxıstan, 2 min ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub.
Beləliklə dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 milyon manata yaxın sığorta xidmətini ixrac edib. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2 500 manat sığorta ödənişi həyata keçirilib.
Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” Sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #milyon #manatlıq #sığorta #xidməti #ixrac #edib