Paşinyan Rusiyanın qəzəbinə səbəb olan “Roma statu”ndan DANIŞDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Nikol Paşinyan Ermənistanın Putinin həbsini nəzərdə tutan “Roma statutu”nun ratifikasiyası prosesindən də danışıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, İctimai Televiziyaya müsahibəsində bildirib ki, bu prosesin Ermənistan-Rusiya münasibətlərinə qətiyyən aidiyyəti yoxdur. Paşinyan Ermənistanın “Roma statutu”nun ratifikasiyasını Beynəlxalq Cinayət Məhkəməsinin 2022-ci ilin sentyabr və 2021-ci ilin may hadisələrinin araşdırılması istəyi ilə əsaslandırıb:
“Təəssüf ki, Rusiya və Haaqa Cinayət Məhkəməsi kontekstində ratifikasiya prosesi pis vaxta təsadüf etdi. Bu proses heç də Ermənistan-Rusiya münasibətləri ilə bağlı deyil, bu, sərhəddəki gərginliklə bağlıdır”.
Xatırladaq ki, bu il martın 17-də Haaqa Məhkəməsi Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi “Roma statutu”nun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 1-də bu sənəd ratifikasiya etmək üçün Ermənistan parlamentinə göndərilib. Qaydaya görə “Roma statutu”nu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paşinyan #Rusiyanın #qəzəbinə #səbəb #olan #Roma #statundan #DANIŞDI