fbpx
Xəbərlər

Azərbaycan cüdoçuları Türkiyədə təlim-məşq toplanışına başlayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın böyüklərdən və gənclərdən ibarət cüdoçuları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 10-dək davam edəcək hazırlıq prosesinə Antalyadakı Böyük Dəbilqədə iştirak edən idmançılarla yanaşı yığmanın digər üzvləri də qoşulub.

Ümumilikdə toplanışda 34 qadın, 54 kişi idmançı iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan millisi Böyük Dəbilqəni bir medalla başa vurub. Kişilərin mübarizəsində Elmar Qasımov (100 kq) bürünc medala sahib çıxıb. Komanda 29 aprel – 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında çıxış edəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu