fbpx

Azərbaycan cüdoçusu Universiadada gümüş medal qazadı

BEY.AZ informasiya agentliyi xəbər verir


Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz gümüş medal qazanıb.

Metbuat.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev mübarizəyə skkizdəbir final mərhələsindən qoşulub. Bu mərhələdə idmançımız ispaniyalı Aytor Alonsonu ipponla məğlub edib. Məmmədəliyev dörddəbir finalda italyan Eduardo Melladan üstün olmağı bacarıb. Finala gedən yolda isə cüdoçumuz Monqolustandan olan Uranbayar Odgerelə qalib gəlib.

Həlledici qarşılaşmada yapon Tatsuki İşiharaya məğlub olan Rəşid Məmmədəliyev Universiadanı gümüş medalla başa vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #cüdoçusu #Universiadada #gümüş #medal #qazadı

Bir Cevap Yazın

Başa dön tuşu